24 Oktyabr 2023 22:09
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Qazaxıstan Respublikası Günü qeyd olunub.

Teleqraf.com xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı Səfirliyi Respublika Gününün qeyd olunması münasibətilə təntənəli qəbul keçirib. Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Azərbaycanın Energetika Naziri, Qazaxıstan-Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həmsədri Pərviz Şahbazov, Azərbaycan parlamentinin deputatları, dövlət orqanlarının nümayəndələri, diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, mədəniyyət xadimləri və ictimai fəallar, biznes dairələrin və KİV nümayəndələri, o cümlədən Azərbaycanda təhsil alan və işləyən qazaxıstanlılar iştirak edib.

Qəbulun rəsmi hissəsi zamanı ənənəvi olaraq Qazaxıstanın və Azərbaycanın milli himnləri səslənib, Səfir Alim Bayel və Nazir Pərviz Şahbazov salamlama nitqləri ilə çıxış ediblər.

Alim Bayel öz çıxışında son ildə Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişaf templəri ilk növbədə iki ölkə Prezidentləri arasında etimada söykənən dialoqu sayəsində sürətləndiyini qeyd efib. Səfir, Azərbaycanı və Qazaxıstanı türk eyniliyi birləşdirdiyini və hər iki ölkənin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün birgə çalışdığını vurğulayıb. Diplomat həmçinin Orta Dəhliz (TBNM), Xəzər dənizin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli kimi iri layihələrin həyata keçirilməsindən söz açıb.

Səfir bildirib ki, Azərbaycan və Qazaxıstan dünyaya açıq, etibarlı tərəfdaşlardır.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında münasibətlərin qardaşlıq xarakterini daşıdığını, iki ölkə və xalq arasında strateji tərəfdaşlığı vurğulayıb: "Münasibətlırimiz hər zaman qarşılıqlı etimada və dostluğa əsaslanıb və mütəfiqqlik səviyyəsinə yüksəlib".

Nazir çıxışında qarşlıqlı səfərlərin vacibliyini qeyd edib. Pərviz Şahbazov deyib ki, uzunillik münaqişınin həllində Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. O, Füzulidə uşaq yaradıclığı mərkəzinin yaradılması təşəbbüsünün Qazaxıstana aid olduöunu xatırladaraq bunun iki ölkə arasında qardaşlıq əlaqələrinin nəticəsi olduğunu deyib: "İqtisadi tərəfdaşlıımz dərinləşir, qarşlıqlı maraq kəsb edən layihələr reallaşdırlır. Ölkələrimiz TDT çərçivəsində sıx əməkdaşlıq edir. Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşlıqlı investisiyanı təşviq edir".

Sonda, Nazir qardaş Qazaxıstan xalqına uğurlar, tərəqqi və sülh arzulayıb.

Tədbir zamanı A.Bayel Prezident K.Tokayevin adından və tapşırığına əsasən Azərbaycan Respublikasının xadimlərinə dövlət mükafatları və fəxri fərmanları təntənəli şəkildə təqdim edib. Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və publisist, ssenarist və tərcüməçi Nəriman Əbdülrəhmanlı II dərəcəli “Dostluq” ordeni ilə təltif olunublar.

Qazaxıstanla Azərbaycan arasında qardaş münasibətlərin təşviqi, ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsi üzrə verdiyi töhfələrə görə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanları ilə təltif olunublar.

Rəsmi qəbul çərçivəsində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Qazaxıstanın Mərkəzi Dövlət Muzeyi və Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan etnoqrafik sərgi qonaqlara təqdim olunub. Tədbir qonaqları qazax xalqının ənənəvi mədəniyyətinin müxtəlifliyini əks etdirən qədim təsərrüfat və məişət əşyaları, geyimləri, atçılıq avadanlıqları, xalça-keçə və digər milli məmulatları ilə tanış olublar. Eyni zamanda tematik fotosərgi təşkil olunub. Dəvət olunanlar fotoşəkillərdə əks olunan Qazaxıstanın peyzajları ilə tanış olublar.

Tədbirdə Şımkent Şəhər Opera və Balet Teatrının artistləri konsert proqramı ilə çıxış ediblər. Qazax və Azərbaycan xalq mahnıları ifa olunub və rəqsləri nümayiş olunub, Qazaxıstanın və Azərbaycanın tanınmış bəstəkarların əsərləri səsləndirilib.

Qonaqlara həmçinin milli mətbəxinin təamları və tanınmış Qazaxıstan müəlliflərin Azərbaycan dilində olan kitabları da təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər