Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.
Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov Karaqandada şaxtada baş verən qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qəbul etdiyini bildirib.
Məktubda Qazaxıstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilir.