31 Oktyabr 2023 12:42
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreyanın paytaxtı Seul şəhərinə rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, deputatlar Afət Həsənova, Anar Məmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Seulun “Gimpo” Beynəlxalq hava limanında nümayəndə heyətini Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər