3 Noyabr 2023 12:02
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevə regionun sabitləşməsinə verdiyi töhfələrə görə təşəkkürümü bildirirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.

O, həmçinin Azərbaycan liderinə Qarabağ regionunun bərpa olunması istiqamətində həyata keçirilən işlərə görə təşəkkürünü bildirib.

V.Orban vurğulayıb ki, qlobal iqtisadiyyat son illərdə 2 dəfə çöküb, Avropada enerji daşıyıcılarına qiymətlər dəfələrlə qalxıb:

“Geridə qalan çağırışlar bizim qarşımızda iki yol qoyur - ya iqtisafdiyyatlar izolyasiya olunmalıdır, ya əməkdaşlığı daha da genişləndirməliyik. Son zamanlar məhz izolasiya olunmuş iqtisadiyyatlar, blok qoyulmasi ilə bağlı meyllərin şahidi oluruq. Lakin Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər