25 Dekabr 2023 13:30
7 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qərbi Azərbaycan icmasının öz tarixi ata-baba yurduna qayıdışı məsələsi gündəmdədir. Azərbaycan Qarabağdan könüllü şəkildə getmiş ermənilərin geri dönüşünü ölkə konstitusiyası əsasında həll edəcəyi qarantiyasını verir. Bu, vaxtilə tarixi Azərbaycan ərazilərindən, yəni indiki Ermənistana qayıtmaq istəyən Qərbi Azərbaycanlılara da şamil edilməlidir. Ermənistan qanunvericiliyində bu müddəalar yoxdursa, dəyişiklik edib buna təminat verilməlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

“Çünki Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsində hər iki məsələ paralel şəkildə öz əksini tapa bilər. Sülh müqaviləsində əgər Qarabağa ermənilərin qayıdışı, Azərbaycan vətəndaşı kimi yaşaması müddəası qoyulacaqsa, paritet əsasda Qərbi Azərbaycandan 1988-1989-cu illərdə qovulan azərbaycanlıların da ata-baba yurdlarına qayıdıb orada yaşamaq hüququ və təminatı öz əksini tapmalıdır”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, əgər Ermənistan buna hazır deyilsə, o zaman Qərbi Azərbaycanlılar Qarabağ ərazisində və digər yerlərdə məskunlaşmaq haqqını özündə saxlamış olur:

“Amma istənilən halda sülh müqaviləsindən sonra oraya gediş-gəliş, qəbirstanlıqların və digər müqədəs yerlərin ziyarəti üçün Ermənistan hökuməti lazımı şəraiti və təminatı yaratmalıdır”.

Komitə sədri kompakt yaşamaqla bağlı məsələyə də aydınlıq gətirib:

“Əgər Qarabağa nə qədər sayda erməninin qayıtmasını onlar gündəmə gətirirlərsə, ən azı o qədər sayda da azərbaycanlıların ora qayıtması gündəmdə olmalıdır. Bu məsələyə bir qədər fərqli yanaşmaq da olar. Yəni, Qarabağa gələn ermənilərin sayından asılı olmayaraq, Qərbi Azərbaycandan deportasiya edilən hərbi bir kəsin oraya qayıdıb ata-baba yurdlarında yaşamaq haqqı tanınmalıdır”.

Musa Quliyevə görə, bundan başqa cür qərar qəbul etmək ədalətsiz olar:

“Qərbi Azərbaycanlılar bu qərardan razı qalmazlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər