26 Dekabr 2023 01:03
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsi dövründən - 2020-ci ilin oktyabr ayından bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yeddi sənədin qəbul edilməsi çağırışları olub. Təkcə bu il üç belə cəhd olub”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.

O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında irəli sürülən təşəbbüslər və çağırışlar Azərbaycanı beynəlxalq səviyyədə tanınan ərazisində süverenliyini bərpa etməsi üçün keçirdiyi antiterror əməliyyatlarına mane olmaq cəhdləri idi.

Nazir onu da bildirib ki, bu ilin 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatını zəruri edən hallar var idi:

“Ermənistan və üçüncü tərəflərin Qarabağda qalmış qanunsuz silahlı birləşmələri gücləndirmək və Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına qoymaq cəhdləri var idi”.

XİN rəhbəri danışıqların birində Prezident İlham Əliyevin Azərbaycan qarşı ikili standartlar sərgiləyən xarici diplomatı necə susdurmasından söz açıb.

“Danışıq ingilis dilində idi. Amma cənab Prezidentin dediyini Azərbaycan dilinə tərcümə etsək, bu ifadə “Siz etdiyiniz ikili standartların dərsliyidir” idi. Mənə çox maraqlı idi ki, bu məqamda reaksiya, izahat necə olacaq. Qısa zamanda gördüm ki, sükut... Heç bir kontur-arqument gətirilmədi” - nazir deyib.

Həmin müsahibəni təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər