4 Yanvar 09:42
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı müsbət gözləntilər var. Azərbaycan sülh istəyir. Ölkəmiz özünü sülhə hazır hesab edir. Dövlətimizin ərazi bütövlüyü tam bərpa olunub. Sadəcə olaraq Ermənistan tərəfi sülh prosesini uzadır, müxtəlif bəhanələrlə ləngidir.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Erməni tərəfi hər bir imkandan istifadə edərək sülh sazişini imzalamaqdan qaçır. Onlar qoruxurlar ki, bu ölkənin daxilində problemlər yaradacaq. Bunu öz hakimiyyətləri üçün təhlükə hesab edirlər. Ona görə də, beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olurlar”, - deyə o qeyd edib.

Partiya sədrinə görə, erməni tərəfinin məqsədi danışıqları nəticəsiz qoymaqdır:

“Amma indiki halda sülh üçün real imkanlar var. Sadəcə olaraq Ermənistan hakimiyyəti qorxmadan addım atmalıdır. Lakin görünən odur ki, qorxudan yenə də danışıqları nəticəsiz qoyurlar”.

Asim Mollazadə hesab edir ki, Nikol Paşinyan hakimiyyətinə Ermənistan daxilində real təsir edən qüvvələr sırasında kilsə faktorunu da yaddan çıxarmaq olmaz:

“Erməni katolikos II Qaregin Qarabağ ermənisidir. Hərbi canilər Köçəryan-Sərkisyan rejiminin məhsuludur. Ona görə də, Qaregin Paşinyana qarşı radikal mövqedədir. Xaricdəki erməni diasporasının da burada rolu var. Çünki bu qüvvələrə sülh yox, faciələr lazımdır. Onlar qondarma “soyqırımı” mövzusunu uzadaraq dividentlər əldə etmək istəyir”.

Millət vəkili bildirib ki, bu gün Ermənistanda yaşayan ermənilərin sayı dünya ermənilərinin sayından qat-qat azdır:

“Ona görə də, Ermənistan vətəndaşları ilə xaricdəki erməni diasporası arasında fərqli mövqelər var. Beləliklə, Paşinyan hakimiyyəti daxildəki təzyiqlərlə yanaşı xaricdəki təsirlərdən də qorxur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər