Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
“Bu gün Hindistanın möhtərəm Prezidenti Draupadi Murmaya etimadnamə məktubunu təqdim etmək şərəfinə nail oldum. Azərbaycanın Hindistandakı səfiri kimi ölkəmə xidmət etməkdən və qarşılıqlı əlaqələrin inkişafı üzərində çalışmaqdan şərəf duyuram!”, - səfir qeyd edib.