Azərbaycanla Ermənistan arasında sülhlə bağlı həll ediləsi bir sıra vacib məsələlər var. Görünən odur ki, iki-üç məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Bu, sülh müqaviləsində qarantiya olacaq ölkə və digər məsələlərlə bağlıdır.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı da yanaşmalar fərqlidir: “Burada ümumi olaraq istinadlardan danışlır. Amma erməni tərəfi burada bəzi detalları prosesə daxil etmək niyyətindədir. Xəritə, ərazi və s. kimi məsələlərdən bəhs edilir”.
Mərkəz sədri Zəngəzur dəhlizi ilə bağlı da müzakirələrin mahiyyətindən bəhs edib: “Nəticə olaraq ola bilsin ki, iki məsələ sülh danışıqlarından çıxarılsın. Daha üç məsələ ümumi çərçivə sənədində öz əksini tapsın. Amma hələki belə deyil. Danışıqlar əsnasında da ola bilər ki, ermənilərin mövqeyi dəyişsin. Amma hələlik bu üç-dört məsələ gündəmdədir”.