Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
"Biz hazırda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik səylərinə görə Rusiyaya minnətdarıq. Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir. Azərbaycan Respublikası artıq tarixə yol açmış Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın rolunu yüksək qiymətləndirir", - diplomat bildirib.