Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi ilə bağlı məhkəmə prosesinin yekununu gözləməli olacağıq.
Teleqraf.com “Tasnim”a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesinin uzanacağı proqnozlaşdırılmır: “Ötən şənbə (yanvarın 27-də-red.) müttəhim, vəkillər və Azərbaycan Respublikasının nümayəndəsinin iştirakı ilə məhkəmə prosesi olub”.
N.Kənani deyib ki, İranın məhkəmə sistemi ittihamlara qanun çərçivəsində baxacaq: “Proses iki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə tamamlanıb, istintaq yekunlaşıb”.
O söyləyib ki, iki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə müxtəlif sahələrdə nümayəndə heyətləri qarşılıqlı formada səfər ediblər: “Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq”.