19 Fevral 14:31
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) marta qədər Ukraynaya silah tədarük etməli olduğunu iddia edən Fransanın Türkiyəni də maraqlandıran AB-dən kənar alışa icazə verməməsi sürpriz oldu.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Erkan Talu deyib.

Ekspert xatırladıb ki, Türkiyə Suriya və İraqdakı terror hədəflərini PUA-larla vurur:

“Yerli PUA-larımız PKK terror təşkilatının kabusuna çevrilib. “Bayraktar TB2”lər BMT tərəfindən də tanınan Liviyadakı Milli Birlik Hökumətini qiyamçı Haftar qüvvələrə qarşı qoruyur. Həmin TB2-lər Azərbaycanın Ermənistana qarşı müharibəsində ən böyük silah idi, 44 gün ərzində Qarabağın azad edilməsində mühüm rol oynadı. Rusiya işğalına müqavimət göstərən Ukrayna da TB2-lərdən effektli şəkildə istifadə edir. Döyüş meydanındakı uğurları bir çox ölkəni “Bayraktar” almaq üçün hərəkətə gətirib.

Azərbaycanla müharibədə Ermənistanın ən böyük dəstəkçisi olan Fransa indi də Ukrayna üçün “Bayraktar” alınmasını əngəlləyib. Yunanıstan və Cənubi Kipr (Yunan tərəfi) də Fransanın tərəfini tutur. Yunanıstan və Cənubi Kipr Kiyevin “Baykar”la böyük alış-verişə hazırlaşdığını və bu sifarişin AB-dən alınacaq pulla maliyyələşdiriləcəyini öyrənincə hərəkətə keçib. İki ölkənin AB-dəki daimi nümayəndəlikləri məsələ ilə bağlı diplomatik danışıqlar aparıblar”.

Talu bildirib ki, ötən həftə AB-nin Siyasət və Təhlükəsizlik Komitəsinin iclasında bu üç ölkə Türkiyədən Ukrayna üçün dronlar və artilleriya mərmilərinin alınmasına veto qoyub:

“Digər AB ölkələrinin rəsmiləri satışı təsdiqləyib. Məsələnin “Politico” tərəfindən gündəmə gətirilməsindən sonra açıqlama verən rəsmilər fransızların rəqabət istəmədiklərini və Türkiyənin müdafiə sənayesinə gedən pullardan narahat olduqlarını deyiblər.

Bir də NATO-nun beyin ölümü keçirdiyini iddia edən və Türkiyəni Rusiya ilə əməkdaşlıqda ittiham edən Makron var. Yunanıstan və Cənubi Kipr kimi… İndi bu üç ölkədən soruşmaq lazımdır: bu satışa veto qoymağın kimə faydası oldu?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər