Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin teleqram kanalında dərc olunub.
“Kanadanın baş naziri Castin Trüdo ilə mən Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş imzaladıq”.
Sənəddə qeyd olunur ki, 2024-cü ildə Kanada Ukraynaya 2,22 milyard dollarlıq makromaliyyə və müdafiə yardımı ayıracaq.
Zelenski əlavə edib ki, saziş Ukraynanın dayanıqlığının gücləndirilməsinə mühüm töhfədir.