2 Aprel 12:13
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistanda aparılan islahatlara, demokratiya və iqtisadiyyata həsr olunacaq, görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sözügedən müzakirələrə Azərbaycanın dəvət edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Görüş Ermənistanda gedən islahatlar, ölkənin demokratiyası, iqtisadiyyatı və inkişafına həsr olunub. Həmin görüşdə sülh prosesi müzakirə mövzusu deyil. Bu, iqtisadiyyatın diversifikasiyası, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə etmək üçün ABŞ, Avropa Birliyi və Ermənistan arasında görüşdür. Həmin məsləhətləşmənin regional istiqaməti yoxdur”, - Miller iddia edib.

Görüş Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər