Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev konqolu həmkarı ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.