21 Aprel 15:56
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu nöqtədən sonra nə Moskva, nə Brüssel, nə də Vaşinqtonun vasitəçiliyinə ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Bakı ilə İrəvan ikitərəfli müzakirələri davam etdirsə, il ərzində sülh müqaviləsinin imzalanması da mümkün olacaq:

"Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik edən və nəticəsi olmayan Moskva formatı fiaskoya uğradı. Bunu mövqeləri oynaq olan Brüssel və Vaşinqton haqda da deyə bilərik. Vasitəçi üçüncü tərəf və əlavə maraq deməkdir, buna isə ehtiyacımız yoxdur. Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla, üçüncü tərəfin iştirakı olmadan real nəticələr əldə edə bilir. Sərhəddə son əldə olunmuş razılaşma və imzalanmış protokol ikitərəfli danışıqların müsbət dinamikasından xəbər verir.

Prosesin ikitərəfli formada davamı effektlidir. Artıq ikinci dəfədir Bakı ilə İrəvan arasındakı görüş konkret nəticənin əldə edilməsi ilə yekunlaşır. Bundan təkcə Azərbaycan yox, Ermənistan da uduşlu çıxır.

Ermənistan daim danışıqlarda üçüncü tərəfin iştirakını təklif edirdi. Azərbaycan bunu qəbul eləmədi. İrəvanın təklifi reallaşaydı, heç bir irəliləyiş olmayacaqdı. Hələlik isə proses müsbət məcrada gedir.

Ermənistan Baş naziri Nikol Paşinyan siyasi iradəsini davam etdirsə, yaxın gələcəkdə liderlərin iştirakı ilə sülh müqaviləsi bağlana bilər. Sülh müqaviləsinin bağlanması isə Qazaxıstanın paytaxtı Astana, yaxud Tiflisdə ola bilər".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər