Monteneqro Prezidenti Yakov Milatoviç COP29-da iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yakov Milatoviçin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
“Şadam ki, ölkəniz bu il COP29-a ev sahibliyi edəcək. Əminəm ki, Siz mənim də şəxsən böyük məmnuniyyətlə iştirak edəcəyim bu mühüm tədbirlə bağlı məsuliyyətli hazırlıqları və onun reallaşdırılmasını ən yüksək səviyyədə icra edəcəksiniz.
Ümidvaram ki, gələcək illərdə ölkələrimiz və xalqlarımız arasında daha sıx münasibətlər qurmağa davam edəcəyik və bu ilin noyabr ayında Sizinlə Bakıda görüşümüzü səbirsizliklə gözləyirəm”, - qeyd olunub.