11 İyul 20:56
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Pakistanın paytaxtları Bakı və İslamabad qardaşlaşmış şəhər olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə sənəd Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri çərçivəsində imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər