19 İyul 13:43
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xarici işlər nazirlərinin “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) növbəti görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

Qeyd edək ki, bu formatda görüş ötən ilin oktyabrında Tehranda keçirilib. Görüşdə iştirak və çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd olunan formatın regional problemlərin region ölkələri tərəfindən həlli yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.

Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.

Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər