22 İyul 13:45
10 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə dövlət büdcəsi müzakirə ediləndə Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi məqam sosial sahələrlə bağlı olur. Bir neçə ildir dövlət büdcəsinin təxminən 15-16 faizi sosial sahələrə ayrılır. Pensiya, əməkhaqqı, şəhid ailələri və qazilərlə bağlı ödənişlərin artımına daha çox vəsait yönəldilir.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, hər il dövlət büdcəsində ilk növbədə inflyasiya ilə əlaqədər indeksasiya aparılır:

“Pensiya və digər ödənişlərdə indeksasiya gedir. Əgər iflyasiya iki rəqəmli və yaxud bir rəqəmlidirsə, həmin səviyyədə artımlar olur. Eyni zamanda bazarda gedən proseslər, əhalinin dolanışığı nəzərə alınaraq müəyyən artımlar həmişə olub”.

Komitə üzvü bildirib ki, pensiya və əməkhaqqlarına bu istiqamətdə artımlar olunub:

“Müşahidə edilən odur ki, son altı ayda əməkhaqqlarında artım var. Hazırda müzakirələr gedir ki, minimum əməkhaqqı artırılsın. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi xüsusi bir proqram hazırlayıb”.

Vahid Əhmədova görə, nazirliyin hazırladığı proqrama əsasən artımlar olacaq:

“Bu da gələn ilin yanvarın 1-dən qüvvəyə minməlidir. Məhz bu səbəbdən növbəti dövlət büdcəsi təsdiq olunan zaman həmin məsələyə mütləq baxılacaq. Büdcə müzakirələri zamanı bu ilin noyabrın əvvəlində yeni formalaşacaq parlament tərəfindən bu məsələyə mütləq baxılması mümkündür. Əməkhaqqı və pensiyaların artımına yer veriləcək. Xüsusilə minimum əməkhaqqının artılmasına xüsusi diqqət yetiriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər