23 İyul 10:38
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Mikayıl Müşfiqin əmisi nəvəsi Reyhan İsmayılova sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

Bu barədə Teleqraf.com-a o özü məlumat verib.

Reyhan İsmayılova 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizəd olacaq.

Reyhan İsmayılova Mikayıl Müşfiqin "Dağlı" təxəllüslü əmisi oğlu Yunis İsmayılzadənin qızıdır.

Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyası Məlahət İbrahimqızının namizədliyini verib.

Ağ Partiyanın rəhbəri Tural Abbaslı da bu dairədə mübarizə aparacaq.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər