“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində veriliş hazırlayıb.
Verilişimizin qonağı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimlidir.
Qərbi Azərbayacana Qayıdış Konsepsiyasının 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin yaratdığı reallıqdan sonra gündəmə gəldiyini qeyd edən Z.İbrahimli bildirdi ki, Konsepsiya beynəlxalq hüququn əsasında hazırlanıb: "Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif təşəbbüslərin vahid konsepsiyada birləşməsi vacib idi. Dünyada qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı BMT-nin təməl prinsipləri var və Ahsıka türklərinin Gürcüstanaya qayıdışı timsalında presedent də mövcuddur. Oxşar presedent Qərbi azərbaycanlılara da şamil oluna bilər. Ermənilər hazırda Qarabağdan könüllü gedən ermənilərin qayıdış məsələsini aktiv şəkildə qaldırırlar. Bəzi ermənipərəst dairələr də buna dəstək verirlər. Düşünürəm ki, Azərbaycan COP29 konfransından sonra Qərbi azərbaycanlıların qayıdış məsələsini daha ciddi şəkildə qaldıracaqdır".
Z.İbrahimlinin Qərbi Azərbayacana qayıdış mövzusunda çıxışı ilə daha ətraflı aşağıdakı verilişdə tanış ola bilərsiniz.