3 Sentyabr 13:24
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin müstəqillik haqqında Konstitusiya Aktında göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının (ADR) hüquqi varisidir. Konstitusiyada ancaq bu müddəa yer alıb. Nikol Paşinyan isə buna özünə görə şərhlər verir. Çünki ADR ərazisində Zəngəzur və digər tarixi torpaqlar mövcud olub.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

Onun fikrincə, Paşinyan məhz ona istinad etmək istəyir:

“Amma bu, doğru yanaşma deyil. ADR-in hüquqi varisi olmaq, dövlətçiliyin varisliyinin olduğunu göstərir. Yəni burada torpaq və ərazi ilə bağlı hər hansı qeyd yoxdur”.

Politoloqun fikrincə, Paşinyanın bu tezisindən Ermənistan əleyhinə istifadə edilə bilər:

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünə etiraz etməyib kimi məsələ ortaya atılacaqsa, Paşinyanın bu bəyanatına istinad olunacaq. Əks arqument o olacaq ki, Paşinyana görə, Azərbaycan Zəngəzuru Ermənistan torpağı kimi tanımayıb”.

Fərhad Mehdiyev bildirib ki, Azərbaycan tərəfi heç vaxt Ermənistanın ərazi bütövlüyünü tanımıram kimi mövqe sərgiləməyib:

“ATƏT, AŞPA və BMT-yə üzv olanda Azərbaycan belə bir bəyanat verməyib. O vaxt Azərbaycan Avropa Konvensiyasına qoşulanda belə bəyan edib ki, keçmiş Dağlıq Qarabağ ərazisinə nəzarəti həyata keçirə bilmədiyi üçün orada olan pozuntulara görə də məsuliyyət daşımır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər