14 Sentyabr 15:44
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi Qazaxıstanda imzalana bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycanla Ermənistan arasında çərçivə sazişi yox, birbaşa yekun sülh müqaviləsinin bağlanması gözlənilir. Bu xüsusda ikitərəfli danışıqlar davam edir.

Azərbaycan və Ermənistan liderləri Astanada görüşüb sülh müqaviləsini imzalaya bilərlər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu işdə Bakı və İrəvana yardımçı olması mümkündür. Qazaxıstanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı əlaqələrə malikdir. Ermənistan da Qazaxıstanın bu təşəbbüsünə etiraz eləmir”, - ekspert vurğulayıb.

Əsədullazadənin fikrincə, Astana Bakı və İrəvana arasında vasitəçi olmaq niyyətində deyil, sadəcə tərəflərə oturub anlaşmaq üçün məkan təklif edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər