23 Sentyabr 23:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Numan Kurtulmuş müsahibəsi zamanı məlumat verib.

Numan Kurtulmuşun sözlərinə görə, Türkiyədən Rusiyaya geniş nümayəndə heyəti gəlib.

“Çərşənbə günü Prezident Putinlə görüş də daxil olmaqla, çox gərgin proqramımız var. Əlbəttə, indi mənim cənab Ərdoğanın rus xalqına salamlarını, dostluq və əməkdaşlıq arzularını çatdırmaq imkanım var”, - Kurtulmuş qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər