ABŞ dövlət katibi Antoni Blinken Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində G20 xarici işlər nazirlərinin görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Blinken Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri danışmağa başlayan kimi zalda öz yerini tutub.
Qeyd edək ki, bir gün əvvəl Blinken Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Lavrovla mümkün görüşlə bağlı suala cavab verməyib .