Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesini alqışlayır və iki ölkəyə münasibətlərin tənzimlənməsi üçün regional əməkdaşlıq formatını təklif edir.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxışı zamanı deyib.
“Sülhün vacibliyini dərk edərək, biz Cənubi Qafqaz regionunu münaqişə bölgəsindən imkanlar bölgəsinə çevirmək səylərində aparıcı rol oynamışıq.
Ermənistan və Azərbaycan arasında sülh prosesini, xüsusilə qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına yönəlmiş səyləri alqışlayırıq. Mübahisələrin keçmişdə qalmasını və regionun resursları və üstünlüklərinin dünyaya təklif olunmasını təmin etmək üçün ölkələr arasında əməkdaşlıq və etimadın qurulmasını dəstəkləyən regional əməkdaşlıq formatını təklif edirik və bunu təmin etmək istəyirik”, - baş nazir bildirib.