12:08
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasına heç bir ilkin şərt qoymadan getməyə hazır olduğunu bildirib. Rəsmi Ankaranın bu mövqeyinə bir neçə aspektdən yanaşmaq mümkündür.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla apardığı müharibədə qarşısına qoyduğu bir sıra mühüm vəzifələrin öhdəsindən gəlib:

“Işğal altında olan torpaqlar azad edilib. Bu ərazilərdə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü bərpa olunub. Türkiyə isə məhz Azərbaycan torpaqlarının işğal altında qaldığı müddətdə Ermənistanla sərhədlərinin bağlı qalacağını elan etmişdi.

Digər tərəfdən Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə Qərb uzun müddətdir təzyiq edirdi. Rəsmi Ankara isə Avropa Birliyi, habelə ABŞ-la münasibətlərdə Ermənistanla bağlı təzyiqlərin yumşaldılmasında maraqlıdır. Onsuz da Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə Ərdoğan iqtidarına Qərbin münasibəti yaxşı deyil. Üstəlik Qərb Ərdoğanın İsrailə yönəlik tədbir və bəyənatlarını da təqdir etmir.

Ərdoğan iqtidarına Ermənistanla iqtisadi-ticari münasibətlərin yenidən bərpa olunmasında maraqlı olan Türkiyənin işgüzar dairələrinin də təzyiqlərini göz önünə alınmalıdır”.

Manafov qeyd edib ki, Türkiyə ilə qapalı sərhədlərin açılması Paşinyan iqtidarina hava-su kimi lazımdır: “Əvvəla Avropaya pəncərəni məhz Türkiyədən keçməklə açmaq mümkündür. Digər tərəfdən Türkiyə NATO üzvüdür, Şimal Alyansı ilə münasibətlər Ermənistan üçün ciddi önəm kəsb edir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər