28 Sentyabr 00:43
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı Timur Firudin oğlu Məmmədov təyin olunub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.

T.Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F.Məmmədov 2023-cü ildə vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər