8 Oktyabr 11:26
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VII çağırış parlamentin payız sessiyası üzrə oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edir:

"Biz də ölkəmizin belə mövqeyi ilə həmişə fəxr edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərdəki münasibətlərdə, həm də dünyanın qlobal problemlərinin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. Cənab Prezidentin bir kəlamını xatırladım: “Heç kim bizə heç nə diqtə edə bilməz, bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nə lazım biliriksə, onu da edəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər