12:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü öz işinə başlayır. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Qırğız Respublikasında səfərdədir. 15 il öncə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğıstan və Türkiyənin iştirakı ilə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı kimi regional gücə çevrilməkdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, türk dövlətləri arasında strateji münasibətlər son illər daha dərinləşməkdədir:

"Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.

Qlobal çağrışlar fonunda türk dövlətlərinin inteqrasiyası və daha da güclənməsi müşahidə olunur. 1.4 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər