ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Donald Trampın prezident seçkilərində böyük qələbə qazanacağını proqnozlaşdırıb.
Teleqraf.com xəbər verir ki, onun sözlərini "Fox News" sitat gətirir.
O qeyd edib ki, təşviqat tədbirlərində gözləniləndən daha çox dəstəkçilərin olduğunu görüb.
“İç səsim mənə deyir ki, biz seçkilərdə qalib gələcəyik. Tramp həmişə seçkilərdə qalib gəlir. Mən buna inanıram. Amma mənim fikrim odur ki, hər bir səs vacibdir. Bu gün hər səsə ehtiyacımız var”, - deyə Conson bildirib.