15 Avqust 2020 09:05
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündə 3-4 ədər quru ərik yemək bədən sağlamlığı üçün vacibdir. Bir porsiya ərikdə 2 qram lif var. Bu isə gündəlik enerji ehtiyacının 8%-ni ödəyir və həzm sisteminin nizamlı işləməsinə kömək edir. Yüksək lifli qidalar qəbul etmək çəkini tənzimləyir.

Teleqraf.com xəbər verir ki, ərik kalorisi az olan qidalardandır. 3-4 quru ərik təxminən 56 kkal ehtiva edir. Lif və qida zənginliyi sayəsində uzun müddət toxluq hissi verir.

Bir stəkan quru ərik bədəninizin gündəlik A vitamini ehtiyacının 94 faizini və dəmirin 19 faizini təmin edir. Qurudulmuş ərik sümüklərinizi gücləndirən, sinir funksiyasını qoruyan, çəkini nizamlamağa kömək edən və sümük əriməsinə qarşı mübarizə aparan kalsium mineral ehtiva edir.

Tünd narıncı və qəhvəyi rəngli quru əriklər A vitamini ilə zəngindir. Vitamin A hüceyrə böyüməsini təşviq edir, immunitet sistemini tənzimləyir, görmə qabiliyyətini təmin edir, sümükləri sağlam saxlayır və reproduktiv sistemə kömək edir.

Tərkibində beyin işinə kömək edən və qan şəkərini tənzimləyən və bədən hüceyrələrində maye tarazlığını qoruyan kalium var.

Quru ərik, adətən qoz, fındıq kimi çərəzlərlə istehlak olunur. Fındıq, təbii yağ tərkibi səbəbiylə həzm prosesini ləngidir, qan dövranına qlükoza axınını yavaşladır. Ərik çərəzlərlə istehlak olunduğu zaman qan şəkərinin dəyişməsinin qarşısını almağa kömək edir.

Təzə və quru əriyin qida dəyəri demək olar ki, eynidir. Quru meyvələrin əsas xüsusiyyəti tərkibində C vitaminin daha az olmasıdır. Təbii quru əriyin tərkibində kimyəvi maddələr yoxdur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər