22 Avqust 2020 09:05
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası dövründə makiyaj etmək tövsiyə edilmir. Maska üzün böyük hissəsini örtür, əvəzində nəmləndiricidən istifadə edilə bilər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər virusun göz vasitəsilə orqanizmə keçdiyini vurğulayaraq, göz makyajları zamanı diqqətli olmalarını və taxma kirpiklərdən istifadə etməməyi tövsiyə edirlər. Makiyaj zamanı şəxsi vasitələrdən istifadə etməlidirlər. Makiyajdan əvvəl üzü və əlləri yaxşıca yumaq lazımdır.

Əgər gözəllik salonunda makiyaj edirsinizə, ustanızdan birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullardan istifadə etməsini tələb edin.

Makiyaj zamanı müştəri və usta bu zaman təmizlik qaydalarına riayət etməlidir. Virus əsasən dodaq boyası və göz makiyajı zamanı istifadə edilən məhsullardan keçə bilər. Bu səbəblə müştəri makiyajdan sonra üzünü yüngül formada nəm salfetlə silməlidir. Başqalarının məhsullarından istifadə etməməyə üstünlük verilməlidir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər