13 Sentyabr 2020 08:40
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapur alimləri koronavirus infeksiyasına yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, maskada nəbz, bədəninin istiliyi, təzyiqi, nəfəsalma vəziyyəti və digər bu kimi əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb. Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə xəstənin səhhəti barədə məlumat ötürürürlər. Sensorların özlərinin qoruyucu avadanlıqlarla birlikdə yuyula biləcəyi və hətta bir maskadan digərinə keçirilə biləcəyi qeyd olunur.

Bu texnologiyanı işləyib hazırlayanlar söyləyiblər ki, fərdi qoruyucu vasitələrdəki xüsusi materialla örtülmüş çiplər alınan məlumatlara qarşı həssas olmaqla yanaşı, həm də rütubətə davamlıdırlar. Hazırda maskanın qiyməti 36 dollardan bir qədər çoxdur, lakin kütləvi istehsal zamanı onun qiyməti 14,6 dollara qədər düşə bilər.

Bundan əvvəl Amerika alimləri sübut ediblər ki, kombinə edilmiş materialdan olan cərrahi maskalar və aksessuarlar koronavirusa qarşı ən yaxşı müdafiə vasitələridir. N95 tipli xüsusi cərrahi maskalar və kombinə edilmiş materiallardan hazırlanmış qoruyucu aksessuarlar (pambıq və sintetik maskalar) yüksək effektivliyi ilə fərqlənirlər. Lakin N95 standartından olan maskaların yüksək qoruyuculuq dərəcəsinə malik olmalarına baxmayaraq, tədqiqatçılar həmin maskalarda quraşdırılmış klapana görə onların təhlükəsizliyinə şübhə ilə yanaşırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər