14 Sentyabr 2020 15:12
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus orqanizmdə ilk növbədə sinirləri zədələyir. Dadbilmə və iybilmə qabiliyyətlərinin itməsinə səbəb olur. Eyni zamanda intoksikasiya nəticəsində beyinə keçən virus ciddi pozğunluqlar yarada bilir. Hətta ensefolit, beyin hüceyrələrinin məhv olması kimi problemlər də istisna deyil.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib.

Həkimin sözlərinə görə, koronavirus sinir sisteminini zədələməklə yanaşı, qanın laxtalanmasına da səbəb olur:

“Bu isə beyində qan dövranı sisteminin dolayı yolla pozulması ilə nəticələnir. Müşahidələrimə əsasən, koronavirusa yoluxan bəzi insanlarda insult əmələ gəlir.

Baş verən problemlərin aradan qalxması isə virus yükündən, orqanizmin xüsusiyyətlərindən, aparılan müalicənin keyfiyyətindən asılıdır. Bu əlamətlər dayanıqlı da qala bilər. Məsələn, xəstə inuslt olubsa, laxtalanma sistemində pozğunluq nəticəsində bu əlamətlər uzun müddət qalır. Amma tamamilə sağalıb ötüşə də bilər. Lakin xəstə bu müddətdə mütləq həkim nəzarətində olmalıdır.

Nəzərə alaq ki, virus yenidir. Hələ də elmi tədqiqat işləri davam edir, yeni məlumatlar üzə çıxır. Dünən bizim qənaətbəxş hesab etdiyimiz metodların bu gün yanlış olduğu üzə çıxır. Hətta həkimlər də virus haqqında çox böyük informasiyaya malik deyillər. İnsanların özbaşına müalicə tətbiq etməsi bu zədələrin qalıcı olmasına gətirib çıxara bilər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər