Uşaqların immunitet sistemjini gücləndirmək üçün həkimlə məsləhətləşmədən hər hansısa vitamin, yaxud da dərman verilməsi tövsiyə olunmur.
Teleqraf.com xəbər verir ki, A, D, E, K kimi yağda həll olunan vitaminlər həddindən artıq qəbul edildikdə, bədənin bəzi orqanları yığıla və işinə mənfi təsir göstərə bilər. Beta qlükan, zəncəfil və sarıkök kimi immunitet sistemini gücləndirdiyi bilinən bəzi qidalar və dərman şəklində qəbul edilən əlavələr COVID-19 virusu epidemiyasından qorunmaq üçün qədərindən artıq miqdarda istehlak edildikdə, immunitet sistemini həddindən artıq aktivləşdirə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Uşaqların immunitet sistemini qorumaq üçün ilk olaraq onların sağlam qidalanmasına diqqət yetirin. Övladınıza həftədə ən az iki dəfə balıq, 2 dəfə qırmızı ət, qurudulmuş lobya, noxud və mərci kimi paxlalı bitkilər, allergiyası yoxdursa, hər səhər yumurta, pendir və kərəyağı yedirin. Mövsümü meyvə tərəvəzlərlə qidalandırın. Xüsusilə qışda hər gün C vitamini bazası hesab olunan portağal, naringi və ya narı qida rasionuna əlavə edin. Kalsium və zülalla zəngin süd, evdə hazırlanan qatıq, ayran və kefir kimi immunitet sistemimizi gücləndirən probiyotiklər, banan prebiyotiklər əsas qidalar olmalıdır.
COVID-19 daxil olmaqla bütün mikroblar ağız və burun boşluğuna çirkli əllər vasitəsilə ötürülür. Bu səbəblə yeməkdən əvvəl və sonra çölə çıxdıqdan sonra ən azı 10-15 saniyə ərzində övladınızın əllərini yuyun. COVID-19 infeksiyasından qorunmaq üçün vacib qoruyucu tədbir olan maskanı sıx və qapalı mühitlərdə taxmaq son dərəcə vacibdir. 2 yaşınadək uşaqlar üçün maska taxmaq məsləhət görülmür, çünki tənəffüs çətinliyinə səbəb ola bilər.
Soyuq havalarda tək bir qalın paltar əvəzinə bir və ya iki qat nazik paltar istilik tarazlığı baxımından daha yaxşı qorunma təmin edir. Ayaqların istilik tarazlığı pambıq və tərləməyən corablarla təmin edilməlidir. Uşağınızın bol su içdiyinə əmin olun. Kifayət qədər su istehlak etmək immuniteti gücləndirir, qan dövranını tənzimləyir, maddələr mübadiləsini artırır və zərərli maddələrin və toksinlərin orqanizmdən xaric olmasını asanlaşdırır. Eyni zamanda havanın soyuması, radiatorların yanması və otaqdakı rütubətin azalması ilə tənəffüs yolları quruya və qıcıqlana bilər. Bu da yuxarı tənəffüs yollarına yoluxma riskini artırır. Çox su içməklə bu riski azalda bilərsiniz.
Uşaqlar yorğun və yuxusuz olduqda bədən müqaviməti azalır və asanlıqla xəstələnirlər. Uşağınızın immunitet sistemini gücləndirmək üçün kifayət qədər yuxu aldığından əmin olun.