Tvitter ABŞ Prezidenti Donald Trampı dəstəkləyən və qaradərililərə aid olduğu göstərilən bəzi saxta hesabları bağlayıb.
Teleqraf.com xəbər verir ki, şəbəkə neçə hesabın bağlandığı barədə məlumat verməyib.
Şirkətin açıqlamasına görə, komanda bu fəaliyyətləri hərtərəfli araşdırıb: “Tvitter qaydalarının pozulduğu halda, tələb olunan nədirsə, ediləcək”.
Profil şəklində qaradərili bir polis məmurunu göstərən və şərhlərində "Respublikaçılara səs verin" yazan bir hesabın 8 dəfə paylaşım etməsinə baxmayaraq cəmi bir həftə ərzində 24 000 izləyici toplaması diqqət çəkib.
Sosial media mütəxəssisi Darren Linvillə görə, oxşar dil istifadə edən və 265 minə qədər təkrar paylaşım edən hesablar aşkar edilərək bağlanıb. O, sözügedən hesabların 2017-ci ildə açıldığını, lakin son iki ayda aktivləşdiyini deyib.