COVID-19-a qarşı vaksin hazırlayan ölkələrdən biri də Rusiyadır. Rusiya “Sputnik V” peyvəndinin COVID-19-un mutasiya keçirmiş növünə təsir edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya İnvestisiya Fondunun prezidenti Kirill Dmitriyev bildirib ki, hazırlanan peyvənd koronavirusun bütün mutasiya keçirmiş növlərinə təsir edəcək: “Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. “Sputnik V” peyvəndinin sınaqlarında effektiv olduğunun şahidi olduq. İlkin təhlillərimiz də peyvəndin bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir”.