6 Yanvar 2021 10:59
2 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaksin - zəiflədilmiş, öldürülmüş virus və ya onun zülallarının və genomunun, yəni genlər cəminin bir və ya bir çox hissəsidir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə, vaksin orqanizmə yeridildiyi zaman xəstəlik yaranmır, lakin virusa qarşı antitellər - immunitet (spesifik immunoqlobulin G) yaranır: “Bu antitellər peyvənd orqanizmə yeridildikdə təqribən 2-3 həftə ərzində əmələ gəlir. Antitellərin orqanizmdə kifayət qədər yaranması, yəni xəstəlikdən tam qorunma üçün 2-4 həftə sonra təkrar vaksinasiya lazımdır”.

Aydın Əliyev qeyd edib ki, təkrar vaksinasiyadan 2-3 həftə sonra orqanizmə xəstə şəxsdən aktiv virus keçsə belə bədəndə yaranmış antitellər daxil olan aktiv virusları öldürə,inaktivləşdirib məhv edə bilir: “Ona görə də peyvəndlənmə çox vacib və önəmlidir. Vaksin pandemiyadan qurtuluşun yeganə yoludur. Heç bir qorxusu, təhlükəsi yoxdur. Bu, elmin məhsuludur.

Önəmli məqamlardan biri də budur ki, hər iki vaksinasiyadan təqribən 2-3 həftə keçənə qədər yenə də yaxşıca qorunmalıyıq ki, antitellər yaranana qədər orqanizmimizə aktiv viruslar daxil olub işi çətinləşdirməsin. Yəni iki mərhələli vaksinasiyadan təqribən 2 həftə keçənə qədər qorunsaq qurtulmuş sayılırıq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər