Nanə yağı ürəkbulanma, soyuqdəymə, həzm problemləri, baş ağrıları və digər bu tipli problemlərin dərmanı hesab olunur. Eyni zamanda qidalara aroma verən bu yağ kosmetik məhsullarda xoş qoxu yaratmaq üçün də istifadə olunur.
Teleqraf.com xəbər verir ki, təbabətdə təbii ağrıkəsici kimi tanınan nanə yağı qısa müddətdə əzələ, mədə və qarın ağrısını, xüsusən baş ağrıları, reflü kimi xəstəlikləri aradan qaldırır.Yüksək qızdırma zamanı hərarəti aşağı salmağa kömək edir. Nanə yağının kəskin qoxusu tıxanan nəfəs borularını açır.
Artıq çəkidən əziyyət çəkənlər də nanə yağından istifadə edə bilərlər. Bu yağ iştahı azaldır. Həmçinin, ağızdakı pis qoxunun qarşısını alır. Nanə yağı dodaqların çatlamasına mane olur. Ümumiyyətlə, soyuq qış mövsümündə qrip və soyuqdəymə kimi xəstəlik əlamətlərini aradan qaldırmaq üçün nanə yağından istifadə vacibdir.
Qış mövsümü ilə yanaşı, yay aylarında günəş yanıqlarının müalicəsində də nanə yağından istifadə olunur. Bu yağ antimikrobial xüsusiyyətləri ilə bədəndəki sızanaqları təmizləyir.
Nanə yağı allergik xəstəliklərdən qaynaqlanan burun və dəri qaşınmasını aradan qaldırır. Bədənə nanə yağı ilə masaj etmək əzələləri yumşaldaraq ağrıları aradan qaldırmağa kömək edir.