2 Fevral 2021 10:09
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-un İngiltərədə aşkarlanan mutasiya keçirmiş növü dünyaya sürətlə yayılmağa davam edir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın tanınmış epidemiolaqlarından olan Maykl Osterholmun fikrincə, virusun yeni ştammı ABŞ-a da yayılacaq:

“Yeni virus 6-14 həftə içində ABŞ-a yayılacaq. Böyük təhlükə qarşıdadır. Gözlənilən olarsa, ölkədə heç vaxt qarşılaşmadığımız bir vəziyyətlə üzləşəcəyik. Bir qasırğa gəlir. Bu dalğadan özümüzü qorumalı, vəziyyətin ciddiliyini başa düşməliyik”.

Mütəxəssis qeyd edib ki, mutasiyanın ölkədə sürətlə yayılmasının qarşısını almaq üçün vaksinasiya strategiyası dəyişdirilməlidir.

Qeyd edək ki, ABŞ Xəstəliklərin Kontrolu və Profilaktikası Mərkəzinin araşdırmalarına görə, virusun mutasiya keçirmiş növü daha yoluxdurucudur və sürətlə yayılır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər