40 min 786 nəfər 50 yaşdan yuxarı təhsil işçisi peyvənd olunub.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, müəllimlər vaksinasiya prosesində cəmiyyətə nümunə olmalıdır: "Bir çox ölkələrlə müqayisədə ölkəmizdə vaksin var, proses davam etdirilir. Müəllimlərlə də bu barədə müzakirələr aparırıq. Təəssüf ki, bəzi insanlar elmə yox, şayiələrə inanır".