7 Dekabr 2021 10:33
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 12 ildir ki, qurumda çalışan Ruslan Tağıyevlə görüşüb.

Bu barədə Teleqraf.com-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, Ruslan Tağıyev noyabrın 28-də Budo döyüş növləri üzrə Tunisdə keçirilmiş yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb.

Görüşdə Ruslan Əliyev üç rəngli bayrağımızı zirvələrə ucaltdığı üçün Ruslan Tağıyevə təşəkkür edib, onun əldə etdiyi uğurları yüksək qiymətləndirib. R.Tağıyev Budo döyüş növləri üzrə həm də dünya kubokunun sahibidir.

“Azəriqaz”ın baş direktoru Azərbaycanda idmanın inkişafına, gənclərə və idmançılara, eləcə də dünya çempionu R.Tağıyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının fəxri diplomu ilə təltif edilib.


Müəllif: Teleqraf.com