8 Dekabr 2021 12:55
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dövr ərzində 35 minə yaxın şəxsə 41 min xidmət göstərilib. 7716 nəfərə 11743 ödəniş təyin olunub, bunun böyük hissəsi müharibə iştirakçılarıdır.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev"YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təkcə cari il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 2600 mənzil təqdim olunub:

"2021-ci ildə 164 avtomobil müharibə əlillərinə təqdim edilib. Sosial dəstək proqramları 10 min nəfəri əhatə edib. 1082 müharibə əlilinə 10779 müxtəlif reabilitasiya vasitələri təqdim edilib. Müxtəlif əzalarını itirən qəhrəmanların elektron, ən müasir protezlərlə təminatı həyata keçirilib. 4700-dən çox əsgərimizə bu protezlər təqdim edilib. Daha 10 min qəhrəmanımıza da bu protezlərin təqdimi nəzərdə tutulub".

Nazir qeyd edib ki, Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin 5500-ə yaxını üzvü məşğulluq proqramına cəlb olunub: "3 ay ərzində 590 işəgötürən şirkət 3700 vakansiyanı məşğulluq marafonunda təqdim edib. Həm məşğulluq marafonu, həm də məşğulluq Agentliyinin birgə fəaliyyəti nəticəsində 9 minə yaxın vətəndaşımız işlə təmin olunub. Bundan əlavə, Vahid Əlaqələndirmə mərkəzi yaradılıb və burada 7 yerli icra hakimiyyəti orqanlarının xidmətləri toplanıb.

Bu mərkəzlər DOST Mərkəzlrində qısa müddət ərzində fəaliyyətə başlayıb. 4673 şəxsə bu mərkəzlərdə xidmət göstərilib".


Müəllif: Aysel Azad