5 Fevral 2022 21:13
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleraf.com-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib.

Bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər