25 Noyabr 2022 13:12
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58,8 % abonent qaz sərfiyyatında 1 200 kubmetrlik limiti keçməyib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu da 1 milyon 441 min abonent deməkdir: “Bu kifayət qədər normal rəqəmdir və ötən ilin eyni dövrü ilə müqayisədə xeyli miqdarda fərq var”.

E. Vəliyev bildirib ki, burada əhali abonentlərin qazla davranışı, hava şəraitinin nisbətən yaxşı keçməsinin də təsiri var: “Eyni zamanda, bu nəticəyə “Azəriqaz”ın qaz kəmərləri və xətlərin yenilənməsi və dəyişməsi, həmçinin qaz sızmalarının qarşısının alınması ilə bağlı gördüyü işlər də daxildir. “Azəriqaz” əhaliyə normal təzyiqli qazın verilişini təmin edir ki, bu da hər hansı itkilərin qarşısının alınmasına da səbəb olan amillərdən biridir”.

Xatırladaq ki, 2021-ci ilin oktyabr ayından etibarən Tarif (Qiymət) Şurasının qərarına əsasən, illik 1 200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır. Əhali üçün 1 200 - 2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər