3 Dekabr 2022 16:38
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Teleqraf.com xəbər verir ki, aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Müəllif: Teleqraf.com