19 Yanvar 2023 16:24
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara adi və güzəştli kreditləşmə üçün yeni limitlər ayırıb.

Bu barədə Teleqraf.com-a Fonddan bildirilib.

Məlumata görə, limitlər yanvarın 24-də, saat 11:00-da aktivləşdiriləcək.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.


Müəllif: Teleqraf.com