16 Fevral 2023 16:20
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Köçərli Həsənovun fevralın 17-də Kürdəmir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, qəbul fevralın 22-si saat 10:00-da Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək. Qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək. Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər